Azərbaycan.media xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukrayna Prezidenti Vladimir Zelenskini nankor olmaqda ittiham edib.
Papuaşvili deyib: “Amerika prezidenti ona heç olmasa bir az minnətdarlıq göstərməsini demişdi. Zelenski nə Amerikaya, nə də Gürcüstana minnətdarlıq etmir. Biz Ukrayna xalqını dəstəkləyirik. Zelenskinin biabırçı açıqlamalarını bir daha xatırlatmaq istəyirəm: o, Gürcüstandakı səfirini geri çağırdı, çünki biz gürcüləri döyüşməyə və ölməyə göndərmədik. Qoy təşəkkür etsinlər, amma ümumilikdə onların minnətdarlığına ehtiyacımız yoxdur. Biz bütün bunları Ukrayna xalqı üçün edirik və Zelenskinin özü ilə bağlı son hökmü Ukrayna xalqı verəcək”.
Oxundu: 16
