🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kiyevə genişmiqyaslı hücum: ölənlər və yaralananlar var

Azərbaycan.media xəbər verir ki, aprelin 16-na keçən gecə Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı birləşmiş hava hücumu həyata keçirib. Ukrayna mediası hücumların nəticələri ilə bağlı ilkin məlumatları yayıb.
Dövlət Fövqəladə Hallar Xidmətinin yenilənmiş məlumatına əsasən, paytaxtda baş verən hücum nəticəsində bir uşaq da daxil olmaqla 4 nəfər həlak olub, 48 nəfər isə yaralanıb.
Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, Podolsk rayonunda qeyri-yaşayış binasına zərbə endirilib, bir neçə ərazidə dağıntılar qeydə alınıb. Bir yaşayış binasında yanğın baş verib, həmçinin üçmərtəbəli mini-otel qismən dağılıb və yaxınlıqdakı binalara ziyan dəyib.
Bildirilib ki, təkrar hücumlar zamanı 4 tibb işçisi də yaralanıb.