Azərbaycan.media xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında davam edən vasitəçilik səyləri çərçivəsində Türkiyə və Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Bildirilib ki, səfərin əsas məqsədi son günlərdə İslamabadda keçirilən, lakin nəticəsiz başa çatan ABŞ-İran danışıqlarından sonra regionun aparıcı dövlətləri ilə məsləhətləşmələr aparmaqdır.
Qeyd edilib ki, Pakistan tərəfi gərginliyin azaldılması və tərəflər arasında dialoqun davam etdirilməsi istiqamətində diplomatik səylərini gücləndirməyə çalışır.
Xatırladaq ki, aprelin 11 və 12-də İslamabadda keçirilən danışıqlarda ABŞ-nin “uranın çıxarılması” ilə bağlı tələbi və İranın “dəyişən şərtlər” iddiası səbəbindən tərəflər arasında konsensus əldə olunmayıb.
