Azərbaycan.media xəbər verir ki, bu ilin ilk rübündə Azərbaycanda vergi ödəyicilərinə ümumilikdə 72 min 735 müraciət üzrə 113 min 41 “Asan İmza” sertifikatı verilib.
Qeyd olunub ki, yanvar–mart ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 139 min 465 müraciət qəbul edilib. Həmin müraciətlər əsasında 228 min 718 xidmət göstərilib.
Dövr ərzində vergi ödəyicilərinin 8,2 min yazılı müraciəti cavablandırılıb, onlara 8,2 milyon məlumatlandırıcı bildiriş göndərilib. Bundan əlavə, 1 602 vergi ödəyicisinin iştirakı ilə 103 görüş keçirilib, 1 604 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
Preventiv məlumatlandırma məqsədilə isə vergi ödəyicilərinin mobil nömrələrinə 355,6 min SMS göndərildiyi bildirilib.
