🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Naxçıvanda yüksək dağlıq ərazilərdə qar örtüyü 88 sm-ə çatıb

Azərbaycan.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında (MR) 3000 metr yüksəklikdə qar örtüyünün qalınlığı 88 santimetr təşkil edib.
Məlumat Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi tərəfindən yayımlanıb.
Bildirilib ki, Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. Ordubad rayonunun 3000 metr yüksəklikdə yerləşən ərazilərində qar örtüyünün qalınlığı 88 sm, Parağaçay Qar Uçqunu Stansiyasında 25 sm, Şahbuz rayonunun Kükü kəndində 5 sm, Biçənək kəndində isə 6 sm qeydə alınıb.
Eyni zamanda bir sıra rayon və kəndlərdə yağıntı və qar müşahidə olunub. Yağıntının miqdarı Naxçıvan şəhərində 4 mm, Şahbuzda 12 mm, Kükü kəndində 14 mm, Biçənək kəndində 10 mm, Şərurda 3 mm, Axura kəndində 7 mm, Ordubadda 8 mm, Parağaçayda 26 mm, Culfada 8 mm, Kəngərlidə 3 mm, Sədərəkdə isə 2 mm təşkil edib.