Azərbaycan.media xəbər verir ki, “Remitly” şirkətinin keçirdiyi geniş sorğunun nəticələrinə əsasən, dünyanın ən nəzakətli ölkələri müəyyən edilib.
Sorğuda 4600-dən çox insan iştirak edib və nəticələrə görə Yaponiya 35,2 faiz səslə birinci yeri tutub. Respondentlər Yaponiyada hörmətə əsaslanan ictimai davranış, etik qaydalar və sosial harmoniyanı əsas üstünlüklər kimi qeyd ediblər.
İkinci yerdə 13,4 faiz səslə Kanada qərarlaşıb. Ölkə xüsusilə qonaqpərvər və nəzakətli davranış mədəniyyəti ilə seçilib.
Üçüncü pillədə isə 6,2 faiz nəticə ilə Böyük Britaniya yer alıb.
Reytinqdə Avropa ölkələri də yüksək göstəricilərlə təmsil olunub. İlk onluğa Almaniya, İsveç, Danimarka və Finlandiya daxil edilib.
Afrika regionundan isə ilk 25-likdə yalnız Cənubi Afrika Respublikası yer alıb.
Sorğunun nəticələri nəzakət anlayışının regionlara görə fərqli qavrandığını və bunun turizm, eləcə də beynəlxalq münasibətlərə təsir etdiyini göstərir.
