🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran və ABŞ danışıqları razılaşmasız başa çatıb, dialoq davam edəcək

Azərbaycan.media xəbər verir ki, İran və ABŞ arasında İslamabadda keçirilən danışıqlar razılaşma olmadan başa çatıb.
Məlumata görə, danışıqlar İslamabad şəhərində Pakistanın vasitəçiliyi ilə təşkil olunub. Tərəflər gərgin atmosferdə keçən müzakirələrdə nüvə proqramı, Hörmüz boğazı və sanksiyalar kimi əsas məsələlər üzrə ortaq mövqeyə gələ bilməyiblər.
Buna baxmayaraq, mənbələr bildirir ki, tərəflər müəyyən yaxınlaşmaya nail olsalar da, yekun razılaşma əldə olunmayıb.
Danışıqlarda ABŞ tərəfinin əsas tələbi nüvə silahının yayılmaması olub. İran isə sanksiyaların ləğvi, dondurulmuş aktivlərin azad edilməsi və təhlükəsizlik zəmanətləri tələb edib.
Məlumata görə, 20 saatdan çox davam edən görüş zamanı gərgin anlar yaşansa da, sonradan müəyyən yumşalma müşahidə olunub. Bununla belə, fikir ayrılıqları aradan qalxmayıb.
Bildirilib ki, tərəflər arasında əlaqələr tam kəsilməyib və vasitəçilər dialoqun davam etdirilməsi üçün səyləri davam etdirir.