Azərbaycan.media xəbər verir ki, Lex Valensa prezident təqaüdünün kifayət etmədiyini bildirib.
Məlumata görə, Polşanın sabiq dövlət başçısı yerli televiziya kanallarından birinə müsahibəsində aylıq 3770 dollar təqaüd aldığını açıqlayıb. O, bu məbləğin gündəlik xərcləri tam qarşılamadığını qeyd edib.
1990–1995-ci illərdə Polşa prezidenti vəzifəsində çalışmış Valensa “Təqaüdünüzdən razısınızmı?” sualına belə cavab verib:
“Əgər razı olsaydım, göbələk yığar və ya balıq tutardım. Lakin hələ də işləyirəm. Təqaüdümün böyük hissəsini yaşayış xərclərinə, səhiyyəyə və peşəkar fəaliyyətimin davam etdirilməsinə sərf edirəm”.
Sabiq prezident əlavə edib ki, Sosial Təminat İdarəsindən başqa bir təqaüd almaq hüququ olsa da, prinsipial mövqeyinə görə bundan imtina edib.
“Mən bu təqaüdü 20 ildir almıram. Çünki Polşa kasıb ölkədir”, – deyə o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Polşanın digər sabiq prezidenti Aleksandr Kvasnevski də prezident təqaüdünün yaşayış üçün kifayət etmədiyini bildirmişdi.
