Azərbaycan.media xəbər verir ki, İran ABŞ və İsrailin hücumlarında “müharibədə iştirak” ittihamı ilə beş ərəb ölkəsindən kompensasiya tələb edib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilir ki, söhbət Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan gedir.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bəyan edib ki, adıçəkilən ölkələr öz ərazilərinin İran İslam Respublikasına qarşı istifadə olunmasına imkan verməklə beynəlxalq öhdəliklərini pozublar.
Eyni zamanda, İran hökuməti “RIA Novosti” agentliyinə açıqlamasında bildirib ki, ABŞ və İsrailin bombardmanları nəticəsində ölkəyə dəyən zərərin həcmi 270 milyard ABŞ dolları təşkil edir.
