🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İslamabadda ABŞ–İran danışıqları zamanı iranlı diplomatların təyyarəsində təhlükəsizlik problemi iddia olunub

Azərbaycan.media xəbər verir ki, İslamabadda ABŞ nümayəndə heyəti ilə danışıqlara gedən iranlı diplomatların təyyarəsi uçuş zamanı təhlükəsizlik problemi ilə üzləşib.
Məlumatı “Axar.az” yayıb. Bildirilir ki, bunu iranlı media fəalı və İslamabadda keçirilən danışıqlarda iştirak edən Məhəmməd Mərəndi iddia edib.
Onun sözlərinə görə, səfərdən əvvəl Tehran tərəfi danışıqlar qrupunun yolda hədəfə alına biləcəyi barədə məlumat əldə edib və uçuş zamanı da birbaşa təhdid mesajları göndərilib.
Mərəndi əlavə edib ki, təhdidlər səfər boyu davam edib.
Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında görüş 11 apreldə İslamabadda keçirilib və danışıqlar nəticəsiz başa çatıb.