🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zaqatalada piyada ölümü ilə nəticələnən yol qəzası baş verib

Azərbaycan.media xəbər verir ki, Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində 55 yaşlı kişi həyatını itirib.
Hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. Məlumata görə, 2006-cı il təvəllüdlü Səfər Kələşov tərəfindən idarə olunan “Mitsubishi” markalı minik avtomobili 1971-ci il təvəllüdlü İmdad Sarı oğlu İsmayılov-u vurub.
Ağır bədən xəsarətləri alan yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və xəstəxanaya gətirildikdən qısa müddət sonra vəfat edib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.