🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Fövqəladə Hallar Nazirliyində yeni təyinatlar – Nazirə iki müavin təyin edildi

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.

Müvafiq qərara əsasən, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev fövqəladə hallar nazirinin müavinləri vəzifəsinə gətiriliblər.

Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 3 noyabr 1972-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib və iqtisad elmləri namizədi elmi dərəcəsinə malikdir.

Yusif Mahmud oğlu Nəbiyev isə 18 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunu olan Yusif Nəbiyev hüquq üzrə fəlsəfə doktorudur.