🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp: Pakistan İranla danışıqlar üçün əsas platformaya çevrilə bilər

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trump yaxın iki gün ərzində Pakistanda Iranla danışıqların keçirilə biləcəyini açıqlayıb.

Bu barədə o, New York Post nəşrinə verdiyi müsahibədə danışıb.

ABŞ lideri bildirib ki, Pakistanın vasitəçilik səyləri nəticəsində görüşün məhz bu ölkədə baş tutma ehtimalı yüksəkdir. Onun sözlərinə görə, Vaşinqton belə bir təşəbbüsdə iştirak etməyə müsbət yanaşır.

“Yaxın iki gün ərzində Pakistanda keçiriləcək danışıqlarda iştirak etməyə meylliyik”, – deyə Donald Tramp qeyd edib.

Prezident, həmçinin Pakistan ordusunun baş komandanı Asim Munirin rolunu xüsusi vurğulayaraq, onun danışıqların təşkilində mühüm töhfə verdiyini bildirib.