🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Elza Seyidcahan: “Süni intellektlə mahnılarımı dəyişənləri məhkəməyə verəcəyəm”

Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan süni intellektlə musiqi əsərlərinin dəyişdirilməsinə qarşı çıxaraq hüquqi addım atacağını açıqlayıb.
Milli.az-ın məlumatına görə, sənətçi “Qonaqcanlı” verilişində çıxış edərək mahnıların notlarının dəyişdirilməsinin yolverilməz olduğunu bildirib.
O qeyd edib ki, bəzi şəxslər süni intellekt vasitəsilə mahnıları dəyişdirərək müəllif hüquqlarını pozurlar və bu halların qanunla qadağan edildiyini vurğulayıb: “Mənə dedilər ki, müəllif hüququ üçün məhkəməyə müraciət edin. Kim edəcəksə, ən azı 50 min manat təzminat ödəməli olacaq”.
Seyidcahan əlavə edib ki, mahnıların orijinal notlarının qorunması vacibdir və bu cür müdaxilələr sənət əsərinin mahiyyətini dəyişdirir. Onun sözlərinə görə, süni intellektdən istifadə edərək musiqi yaratmaq mümkündür, lakin mövcud əsərlərə müdaxilə etmək düzgün deyil.
Əməkdar artist həmçinin bəzi müasir musiqi tendensiyalarını tənqid edərək, bəstəkar əməyinin dəyərinin azaldıldığını bildirib və orijinal yaradıcılığın qorunmasının vacibliyini vurğulayıb.