🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Azərbaycan.media xəbər verir ki, Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Məlumata görə, hadisə ötən axşam rayonun Yaxa Dəllək kəndində baş verib. “VAZ 2107” markalı avtomobil kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu vurub.
Ağır kəllə-beyin travması alan yaralı komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.