Azərbaycan.media xəbər verir ki, İsrailin Livanın cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində azı 43 nəfər həlak olub, 140 nəfər isə yaralanıb.
Bu barədə Livan Səhiyyə Nazirliyi açıqlama yayıb.
Nazirliyin bildirdiyinə əsasən, martın 2-dən etibarən gərginliyin artdığı dövrdə ölənlərin ümumi sayı 2 167 nəfərə, yaralananların sayı isə 7 061 nəfərə çatıb.
Rəsmi məlumatda qeyd olunub ki, hava hücumları nəticəsində həyatını itirənlər arasında 172 uşaq və 260 qadın da var.
Qeyd edək ki, bölgədə davam edən qarşıdurmalar humanitar vəziyyəti daha da ağırlaşdırır və beynəlxalq ictimaiyyət tərəfləri atəşkəsə çağırır.
