🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ: İran ətrafında yaradılan blokadanı pozmağa çalışan 10 gəmi geri qaytarılıb

Azərbaycan.media xəbər verir ki, İranın blokadaya alındığı vaxtdan bəri ABŞ ordusu blokadanı yarmağa cəhd edən 10 gəmini geri qaytarıb və heç bir gəmi tətbiq olunan məhdudiyyətləri poza bilməyib.
Bu barədə APA agentliyinin yaydığı məlumata əsasən, ABŞ Mərkəzi Komandanlığı (United States Central Command – CENTCOM) açıqlama verib.
“Bu günə qədər 10 gəmi yönləndirilib və bazar ertəsi günü yaradılan ABŞ blokadası qurulduğu vaxtdan etibarən heç bir gəmi tərəfindən pozulmayıb”, – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, ABŞ-ın həyata keçirdiyi blokada regionda təhlükəsizlik vəziyyətinin daha da gərginləşməsinə səbəb olub.