Azərbaycan.media xəbər verir ki, mayonez qatılmış qidalardan imtina etmək bir çox insan üçün çətin olur. Mütəxəssislər bildirirlər ki, bu məşhur sousun tərkibi asılılıq yarada bilər.
Axar.az-ın Medicina.az-a istinadən yaydığı məlumata görə, diyetoloq Marqarita Koroleva bildirib ki, bu asılılıq mayonezdəki konservantlar və yağların orqanizmə təsiri ilə bağlıdır.
Onun sözlərinə görə, yağ, duz və şəkər tərkibli qidalar beynin opioid sisteminə təsir edərək müntəzəm istifadə zamanı asılılıq yarada bilər.
Mütəxəssis əlavə edib ki, mayonezin həddindən artıq istehlakı orqanizmdə maye tutulmasına, allergik reaksiyalara və çəki artımına səbəb ola bilər.
Diyetoloq bu sousdan ölçülü şəkildə istifadə etməyi, hazır məhsullardan mümkün qədər uzaq durmağı tövsiyə edib. Onun fikrincə, mayonezi təbii inqrediyentlərdən ev şəraitində hazırlamaq daha sağlam seçimdir.
