🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İlhamiyyə Rza xəbər aparıcılarını tənqid etdi: “İmkan verin xəbərin özünü də eşidək”

Azərbaycan.media xəbər verir ki, tanınmış aparıcı İlhamiyyə Rza xəbər aparıcılarının təqdimat üslubunu tənqid edib.
O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərində aparıcılara müraciət edərək xəbərin mahiyyətinə daha çox diqqət yetirməyə çağırıb.
“Aparıcılıq etdiyim dönəmlərdə çalışmışam belə məsləhətlər verməyim. Amma indi bir tamaşaçı kimi bütün xəbər aparıcılarına bir sözüm var: Ay qadanız alım, siz dediklərinizi bizə çatdırmaq, xəbəri təqdim etmək üçün çalışırsınız, yoxsa öz sürətli və çaşmadan danışmaq qabiliyyətinizi nümayiş etdirmək üçün?” – deyə o bildirib.
İ.Rza əlavə edib ki, aparıcıların suflyordan oxuması normaldır, lakin əsas diqqət məzmunun aydın və anlaşıqlı çatdırılmasına yönəldilməlidir:
“Vallah dinləyirəm, amma xəbəri eşitmirəm. Qısa və aydın cümlələrlə xəbəri, yaxud şərhinizi çatdırın. Axı onun üçün çıxırsınız ekrana…”
O qeyd edib ki, bu irad bütün aparıcılara şamil olunmur, lakin böyük əksəriyyətə aiddir. Aparıcı paylaşımının sonunda həmkarlarına sevgisini ifadə edib və favoritlərinin adını çəkmədiyini vurğulayıb.