Azərbaycan.media xəbər verir ki, bu gün Ulusum.az xəbər portalının təsisçisi və baş redaktoru, tanınmış jurnalist Rəxşəndə İkramqızının doğum günüdür.
Azərbaycan mətbuatının inkişafında özünəməxsus izi olan Rəxşəndə İkramqızı uzun illərdir jurnalistika sahəsində yorulmadan fəaliyyət göstərir. Onun peşəkar fəaliyyəti, informasiya siyasətində dəqiqlik və obyektivlik prinsiplərinə sadiqliyi, həmçinin cəmiyyətə doğru və operativ məlumat çatdırmaq istiqamətində göstərdiyi xidmətlər media ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilir.
Rəxşəndə İkramqızı yalnız bir media rəhbəri kimi deyil, eyni zamanda məsuliyyətli və prinsipial jurnalist mövqeyi ilə də seçilən bir imza sahibidir. Onun rəhbərlik etdiyi Ulusum.az saytı bu gün informasiya məkanında öz etibarlılığı, operativliyi və ictimai əhəmiyyətli mövzulara həssas yanaşması ilə tanınır. Saytın formalaşmasında və inkişafında onun əzmi, zəhməti və peşəkar yanaşması xüsusi rol oynayıb.
Jurnalistikanın çətin və məsuliyyətli yolunda Rəxşəndə İkramqızının nümayiş etdirdiyi prinsipiallıq və sədaqət gənc jurnalistlər üçün nümunə təşkil edir. O, media sahəsində yeni düşüncə tərzinin və peşəkar standartların formalaşmasına töhfə verən şəxslərdən biridir.
Bu əlamətdar gündə Rəxşəndə İkramqızını səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti, uzun ömür və peşə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Rəxşəndə xanım gələcək fəaliyyətində də Azərbaycan mediasına dəyərli töhfələr verəcəyinə inanırıq.
Hörmətlə,
Fuad Biləsuvarlı
AYB və AJB üzvü
Prezident və Həsən bəy Zərdabi mükafatçısı
Azərbaycan.media saytının təsisçisi və baş redaktoru
