🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda bir sıra əsas yollar üzrə tıxac müşahidə olunur

Azərbaycan.media xəbər verir ki, Bakı şəhərinin müxtəlif istiqamətlərində səhər saatlarında nəqliyyat sıxlığı qeydə alınıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda paytaxtın aşağıdakı yol və prospektlərində tıxac müşahidə olunur:
Yusif Səfərov küçəsi – mərkəz istiqamətində
Heydər Əliyev prospekti (əsas yol) – mərkəz istiqamətində
Heydər Əliyev prospekti (köməkçi yol) – mərkəz istiqamətində
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində
Tbilisi prospekti – İzmir küçəsi kəsişməsindən “20 Yanvar” istiqamətində
Koroğlu Rəhimov küçəsi – akad. Həsən Əliyev küçəsi kəsişməsindən Heydər Əliyev prospekti istiqamətində
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində
Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi kəsişməsindən “20 Yanvar” istiqamətində
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti kəsişməsinə qədər
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi kəsişməsindən mərkəz istiqamətində
Qeyd edilib ki, göstərilən istiqamətlərdə nəqliyyat axınında yavaşlama və sıxlıq davam edir.