🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Paşinyan Polşaya rəsmi səfərə gedib: Tusk və Navrotski ilə görüşlər planlaşdırılır

Azərbaycan.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfər çərçivəsində Polşaya yola düşüb. Məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Səfər zamanı Nikol Paşinyanın Polşanın Baş naziri Donald Tusk ilə görüşü nəzərdə tutulur. Görüşdən sonra hər iki ölkənin hökumət başçılarının mediaya birgə açıqlama verəcəyi planlaşdırılır.

Rəsmi proqram çərçivəsində Ermənistanın Baş naziri Polşa Prezidenti Karol Navrotski və Seymin sədri Malqocato Kidava-Blonska ilə də görüşlər keçirəcək.

Bundan əlavə, Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda olacaq və burada yerli beyin mərkəzlərinin nümayəndələri ilə müzakirələr aparacaq.