🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda məşhur “Nargilə” kafesi də daxil olmaqla söküntü planı hazırlanır

Azərbaycan.media xəbər verir ki, Bakının Xətai rayonunda yerləşən bir sıra köhnə tikililər və iaşə obyektlərinin sökülməsi planlaşdırılır.
Məlumata görə, söküntü işləri Zığ şossesi və Ramiz Quliyev küçəsi kəsişməsində həyata keçiriləcək. Ərazidə köhnə fərdi evlər, qəzalı binalar və müxtəlif iaşə obyektlərinin sökülməsi nəzərdə tutulur.
Söküntü siyahısına Bakının tanınmış iaşə məkanlarından biri olan “Nargilə” kafesi də daxildir. Plan üzrə ərazidə yeni yol qovşağının inşası və genişmiqyaslı abadlıq işlərinin görülməsi nəzərdə tutulur.
Sakinlərin sözlərinə görə, hələlik onlara kompensasiya və ya yeni yaşayışla bağlı rəsmi məlumat təqdim olunmayıb. Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin layihələndirmə işləri apardığı bildirilir.