🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

UNEC tələbəsi Xasayzadə Ülvi vəfat edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Qiyabi və Əlavə Təhsil Mərkəzinin III kurs tələbəsi Xasayzadə Ülvi vəfat edib.
Məlumatı Modern.az universitetin Mətbuat xidmətinə istinadən yayıb.
Bildirilib ki, Xasayzadə Ülvi Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və bir sıra medallarla təltif olunub.
UNEC rəhbərliyi tələbənin vəfatı ilə bağlı kədərini ifadə edib, onun ailəsinə və yaxınlarına başsağlığı verib.
Allah rəhmət eləsin.