🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarında artım qeydə alınıb

Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının həcmi artıb.
Bildirilir ki, hesabat dövründə ölkədən hava nəqliyyatı ilə 912,6 min sərnişin daşınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çoxdur.
Eyni zamanda, hava nəqliyyatı ilə yükdaşımada azalma qeydə alınıb. Belə ki, bu nəqliyyat növü ilə daşınan yüklərin həcmi 11,4 faiz azalaraq 82 min ton təşkil edib.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycandan hava nəqliyyatı ilə ümumilikdə 4 milyon 162,1 min sərnişin daşınıb. Bu, əvvəlki illə müqayisədə 2,9 faiz artım deməkdir. Həmin dövrdə yükdaşımaların həcmi isə 6,6 faiz azalaraq 391,2 min ton olub.