Azərbaycan.media xəbər verir ki, fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına mərkəzdə yaradılmış şərait barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, təhsil ocağının əsası 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi ilə Lənkəran Peşə Liseyinin birləşdirilməsi nəticəsində onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 2024-cü ildən etibarən müəssisə Publik Hüquqi Şəxs statusu ilə fəaliyyət göstərir.
Mərkəz müasir infrastrukturla təmin olunub. Burada tədris və idman korpusları, yataqxana, kulinariya təlim binası, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, avtotəmir və CNC emalatxanaları fəaliyyət göstərir. Eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana tələbələrin istifadəsinə verilib. Ərazidə 53 yerlik yataqxana binası inşa olunub, yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.
2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onlardan 385-i qadındır. Təhsil müəssisəsində turizm, kənd təsərrüfatı, sənaye, xidmət,
