Azərbaycan.media xəbər verir ki, bu ilin I rübündə ölkədə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər 13,1%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,1% yüksəlib.
Ötən ilin IV rübü ilə müqayisədə isə ümumi mənzil bazarında qiymətlər 2,2% artıb. Bu müddətdə ilkin mənzil bazarında qiymətlər 1,8%, təkrar mənzil bazarında isə 2,2% artım göstərib.
