Azərbaycan.media xəbər verir ki, Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin hazırlanması ilə bağlı xərclər dövlət tərəfindən qarşılanacaq.
Məlumata görə, bunu Əlisa Cabbarov “Report”a açıqlamasında bildirib. Onun sözlərinə görə, abidənin sifarişi ilə bağlı məsələlər hazırda mərhumun ailəsi və aidiyyəti qurumlar arasında razılaşdırma mərhələsindədir.
Qeyd edək ki, R.Balayev martın 29-da İstanbul şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunub.
