🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dövlət orqanlarının səlahiyyət bölgüsündə dəyişiklik edilib – yeni Fərman imzalandı

Azərbaycan.media xəbər verir ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” 19 iyun 2001-ci il tarixli Prezident Fərmanında dəyişiklik edilib.
Prezident İlham Əliyev tərəfindən imzalanan yeni Fərmana əsasən, iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində bir sıra nəzarət səlahiyyətlərinin əhatə dairəsi genişləndirilib.
Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı, Dövlət Gömrük Komitəsi də öz səlahiyyətləri daxilində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini həyata keçirəcək.