🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp: “İran rəhbərliyi ilə görüşə hazıram” – ABŞ prezidenti danışıqlara açıq olduğunu bildirib

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın yüksək rütbəli liderləri ilə görüşə hazır olduğunu açıqlayıb.
“New York Post”a verdiyi müsahibədə Tramp bildirib ki, əgər danışıqlarda irəliləyiş əldə olunarsa, İranın yüksək səviyyəli rəsmiləri ilə görüşməkdən çəkinməyəcək.
“Biz danışıqlar aparacağıq. Məncə bu məqamda heç kim oyun oynamır”, – deyə ABŞ prezidenti əlavə edib.
Trampın bu açıqlaması Vaşinqton və Tehran arasında mümkün diplomatik təmasların yenidən gündəmə gəlməsi kimi qiymətləndirilir.