Azərbaycan.media xəbər verir ki, Bakıda müşahidə olunan güclü küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi–Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saatadək endirilib.
Məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açıqlama yayıb. Bildirilib ki, təhlükəsizliyin təmin olunması məqsədilə məlumat sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilib.
Sürücülərə müəyyən edilmiş sürət həddinə ciddi əməl etmələri tövsiyə olunur.
