Azərbaycan.media xəbər verir ki, Buxarest şəhərində yerləşən “CET Vest” istilik elektrik stansiyasında güclü partlayış baş verib. Bu barədə Rumıniya mediası məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində tərkibində on tonlarla yağ olan iki transformator yanaraq sıradan çıxıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Partlayışın təsiri ilə bir neçə ərazidə elektrik enerjisinin verilişi dayandırılıb, eyni zamanda isti su təchizatında fasilələr yaranıb.
Qeyd edək ki, baş verən yanğın artıq söndürülüb və vəziyyət nəzarət altına alınıb.
