🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vaşinqton Kiyevə xəbərdarlıq edib

Azərbaycan.media Donald Trump administrasiyası Ukrayna hökumətinə ötən ilin sonunda Qara dənizdə yerləşən Rusiya neft obyektinə endirilən zərbələrin ABŞ-ın Qazaxıstandakı investisiyalarına təsir göstərdiyi ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina məlumat verib.

Səfir bildirib ki, məsələ ilə əlaqədar ABŞ Dövlət Departamenti tərəfindən rəsmi diplomatik bildiriş – demarş təqdim olunub.

“ABŞ Kiyevə Rusiyanın hərbi və enerji infrastrukturuna zərbə endirməkdən çəkinməyi təklif etməyib. Bildiriş Amerikanın iqtisadi maraqlarının təsirlənməsi ilə bağlı idi. Biz bunu nəzərə aldıq”, – deyə səfir vurğulayıb.