Azərbaycan.media xəbər verir ki, Fransa NATO-nun Baş katibi Mark Rutte və Avropa Komissiyası-nın sədri Ursula fon der Leyen-in Hörmüz boğazı ilə bağlı keçiriləcək sammitə dəvət olunmasına qarşı çıxıb.
Məlumata görə, bu barədə “Financial Times” nəşri üç rəsmi mənbəyə istinadən xəbər yayıb. Bildirilir ki, Fransa Böyük Britaniyanın Parisdə təşkil olunacaq görüşdə hər iki yüksək səviyyəli rəsmisinin iştirakına dair təklifini qəbul etməyib.
Qeyd edək ki, Fransa və Böyük Britaniya Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin olunmasını müzakirə etmək məqsədilə beynəlxalq konfrans keçirməyi planlaşdırır.
