Türkiyədə, ABŞ-da və digər ölkələrdə uşaqların, ümumilikdə isə insanların aqressiyasının səbəbini axtarırlar. Əgər belə bir hadisəni uşaq törədirsə, valideynlər günahlandırırlar. Əsas günahkar valideyn deyil. Heç bir valideyn uşağını ətraf aləmdən təcrid edə bilməz.
Əsl günahkar aqressiyanı təbliğ edən və normallaşdıran mühitdir; filmlər, seriallar, oyunlar və s. Mən şəxsən “Joker” filmini izlədikdən sonra uzun müddət özümə gələ bilmədim. Belə filmlərə mükafat verir və “film belə olmalıdır, nümunə götürün” mesajını verirlər. Nümunə isə göz qabağındadır.
Eləcə də türk serialları: silah, atəş, zorakılıq və qətl səhnələri… Uşaqlar bu görüntülərlə böyüyür. Belə səhnələr mənim kimi yetkin insana belə ağır təsir göstərirsə, dünyanı tam dərk etməyən bir yeniyetməyə necə travma yaşadar?
Dünyamızı bu aqressiyadan arındırmaq üçün bu məzmunlara məhdudiyyətlər qoyulmalıdır. Əks halda, bu cür hadisələrin qarşısını almaq çətin olacaq.
Müəllif: Günel Natiq
Mənbə: Azərbaycan.media
