Azərbaycan.media xəbər verir ki, bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.
Bu göstərici Dövlət Gömrük Komitəsinin “Xarici Ticarətin Gömrük Statistikasına dair Hesabat”ında əks olunub.
Hesabata əsasən, cari ilin yanvar–mart aylarında Azərbaycandan Ermənistana 5,757 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu rəqəm Azərbaycanın ümumi ixracının 0,11 faizini təşkil edir.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr 1991-ci ildən tamamilə dayandırılmışdı.
