Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması ilə bağlı İrana təşəkkür edib.
ABŞ lideri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“İran bir az əvvəl İran boğazının tam açıq və keçid üçün tam hazır olduğunu elan edib. Təşəkkür edirik”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp paylaşımında Hörmüz boğazını “İran boğazı” kimi təqdim edib.
Xatırladaq ki, daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin Hörmüz boğazını açdığını açıqlamışdı.
