Azərbaycan.media xəbər verir ki, Mətbuat Şurasının Sədri Rəşad Məcid ictimai münasibətlərdə hörmət və ədəb qaydalarının qorunmasının vacibliyini vurğulayıb. O bildirib ki, aliminə, yaşlı insanına lağ etmək, məsğərəyə qoymaq cəmiyyət üçün ciddi mənəvi zərbədir:
“Aliminə, yaşlı insanına lağ eləmək, məsğərəyə qoymaq naqis keyfiyyətdir, ictimai mənəviyyata zərbədir, pis nümunədir. Belə davranışlar yalnız cəmiyyətin mənəvi dəyərlərinə xələl gətirmir, həm də gələcək nəsillər üçün yanlış davranış modeli yaradır. İnsaflı və hörmətli davranmaq hər birimizin borcudur,” – deyə Rəşad Məcid əlavə edib.
Onun sözlərinə görə, hər bir fərd yaşına, təcrübəsinə və cəmiyyətə töhfəsinə görə hörmətə layiqdir. Rəşad Məcid vurğulayıb ki, təhsilli və nüfuzlu insanların alqışlanması, onların sözlərinə dəyər verilməsi cəmiyyətin mənəvi dayaqlarını gücləndirir.
Mənbə: Azərbaycan.media
