ALIN TƏRİ
olur, quru çörəyə də əl çatmır,
bir içim suya da…
yol uzun, sən piyada,
göstərirsən elə dözüm, iradə
alnında tər muncuq-muncuq…
alın tərləyəndə
ovucda hökmən qabarlar görünür,
düyün-düyün qabarlar,
ayaqda, beldə də…
güman eləyirsən ki,
alnın ağlığıdı həm də alın təri.
kaş belə ola–
yoğurduğumuz, yapdığımız da alın təriylə,
çox da, az da alın təriylə…
alnının tərini sıxanda
bəzən ürəyin də sıxılan kimi olur,
yıxılmır, di gəl, adam yıxılan kimi olur…
alın təri iş zamanı,
bax ha, başqa,
amma durduğun yerdə səni xəcalət təri basa,
bu da başqa…
Mənbə: Azərbaycan.media
