🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Anar Quliyev Biləsuvarda vətəndaşları qəbul edib – müraciətlər yerində araşdırılıb

Azərbaycan.media xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Biləsuvar şəhərində vətəndaş qəbulu keçirib.
Biləsuvar, Şirvan, Hacıqabul, Cəlilabad, Salyan və Neftçala rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Görüşdə əsasən torpaq sahələrinin ayrılması, şəhərsalma və tikinti normalarına uyğun icazə prosedurları ilə bağlı məsələlər müzakirə olunub.
Komitə sədri qaldırılan problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qəbul zamanı vətəndaşlara şəffaflığın artırılması və vaxt itkisinin qarşısının alınması məqsədilə yaradılmış Elektron Tikinti Portalı barədə də ətraflı məlumat təqdim olunub.