🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tanınmış aparıcı İlhamiyyə Rza televiziya karyerasını bitirdi

Azərbaycan.media xəbər verir ki, tanınmış aparıcı İlhamiyyə Rza televiziya sahəsindəki fəaliyyətinə son qoyduğunu açıqlayıb.
O, paylaşımında bunları qeyd edib:
“Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız verilişlə televiziya karyerama son qoydum. Əziz, azsaylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm…”
Qeyd edək ki, İlhamiyyə Rza 1989-cu ildən müxtəlif televiziya kanallarında fərqli layihələrlə efirdə olub. Aparıcı həmçinin yazıçı və publisist Həmid Herisçinin həyat yoldaşıdır.

Mənbə: Azərbaycan.media