Azərbaycan.media xəbər verir ki, ötən gün ölkə ərazisində 60 yeni, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Ümumilikdə axtarışda olan 159 nəfər, o cümlədən borclu şəxslər qismində axtarışda olan 121 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, narkotiklərlə bağlı 39, qanunsuz silah-sursatla əlaqəli isə 15 fakt qeydə alınıb. Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər də saxlanılıb.
Ailələrini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş kimi axtarışda olan 6 nəfər də tapılaraq müvafiq orqanlara təhvil verilib.
