Azərbaycan.media xəbər verir ki, Azərbaycanda ən təcrübəli məmurlardan biri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadədir. Görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin ailəsində dünyaya gələn Məleykə Abbaszadənin peşəkar fəaliyyəti əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət İmtahan Mərkəzi ilə bağlı olub. O, artıq 32 ildir ki, bu qurumlarda rəhbər vəzifələrdə çalışır.
Məleykə Abbaszadə xalq yazıçısı, məşhur “General” romanının müəllifi, “Şöhrət” ordenli Hüseyn Abbaszadənin gəlini olub. Abbaszadə soyadını birinci evliliyi zamanı, İlqar Abbaszadə ilə nikah bağlayarkən götürüb.
Onlar M.V. Lomonosov adına Moskva Dövlət Universitetində birgə təhsil alıblar. İlqar Abbaszadə biologiya elmləri namizədidir və hazırda ABŞ-da yaşayaraq pedaqoji fəaliyyətlə məşğuldur. Cütlüyün nikahından iki qız övladı dünyaya gəlib. Böyük qızı Nigar Abbaszadə Azərbaycan Turizm Universitetində və Azərbaycan Müəllimlər İnstitutunda Beynəlxalq Məsələlər üzrə prorektor vəzifəsində çalışıb. O, 2020-ci il iyulun 18-də ürəktutmasından vəfat edib.
Qeyd edək ki, İlqar Abbaszadə ikinci dəfə ailə həyatı qurub. Onun ikinci evliliyindən Lina adlı qızı və Mikayıl adlı oğlu dünyaya gəlib. İkinci həyat yoldaşı Oksana Abbaszadə məşhur “Paul Mitchell” kosmetika şirkətində kurslar keçmiş, hazırda isə özəl bizneslə məşğuldur.
