Azərbaycan.media xəbər verir ki, Azərbaycan və Serbiya arasında enerji əməkdaşlığı strateji xarakter daşıyır və regionun enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmiləri serbiyalı jurnalistlər üçün keçirilən brifinq zamanı açıqlama veriblər.
Brifinqdə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “SOCAR Balkan” şirkətinin icraçı direktoru Murad Heydərov media nümayəndələrinin Azərbaycan ilə Serbiya arasında enerji sektorunda strateji tərəfdaşlıq, regionun enerji təhlükəsizliyini gücləndirən layihələr və əməkdaşlığın gələcək perspektivləri ilə bağlı suallarını cavablandırıblar.
