🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bruno Gimarayeş zədələndi, “Nyukasl”ın pley-off qarşılaşmalarında iştirakı sual altındadır

Azərbaycan.media xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” ciddi itki ilə üzləşib.

“Nyukasl”ın 28 yaşlı yarımmüdafiəçisi Bruno Gimarayeş sol budundan ciddi zədə alıb. Futbolçu İngiltərə Premyer Liqasının XXVI turunda “Tottenhem”lə keçirilən (2:1) oyunda bu zədəni əldə edib.

Müayinə nəticəsində məlum olub ki, Gimaraeş komandası üçün təxminən iki ay meydanda ola bilməyəcək. Yaxın günlərdə futbolçunun müalicəsi üçün Braziliyaya göndəriləcəyi bildirilib.

Cari mövsümdə B. Gimarayeş “Nyukasl”ın heyətində bütün turnirlər üzrə 35 oyuna çıxaraq, 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Qarabağ” və “Nyukasl” arasında ilk oyun fevralın 18-də saat 21:45-də Bakıda keçiriləcək, cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.