🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qazaxıstanı nadir torpaq mineralları üzrə Çinə alternativ sayır

Azərbaycan.media xəbər verir ki, Vaşinqton Qazaxıstanı Çinə alternativ nadir torpaq mineralları mənbəyi kimi qiymətləndirir.

Bu barədə ABŞ-ın Qazaxıstandakı səfiri Julie Stufft açıqlama verib.

Səfir məsələ ilə bağlı sualı cavablandırarkən bildirib: “Qazaxıstanı ilk dəfə araşdıranda ölkənin mineral ehtiyatlarla nə qədər zəngin olması məni heyrətləndirdi”.

O vurğulayıb ki, Qazaxıstan nadir torpaq metallarının əhəmiyyətli ehtiyatlarına malikdir və ABŞ bu sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Hazırda ABŞ Qazaxıstan üçün əsas ticarət tərəfdaşı hesab olunmur. Bununla belə, rəsmi dairələr gələcəkdə iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə ümid edirlər.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Trump Konqo Demokratik RespublikasıRuanda ilə nadir torpaq metallarının hasilatı sahəsində yeni müqavilələrin imzalandığını açıqlamışdı.