🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiyalı ekstrasens pul qabına sərvət cəlb etməyin yollarını açıqlayıb

Azərbaycan.media xəbər verir ki, rusiyalı Adelina Panina pul qabına sərvət cəlb etməyin üsullarını açıqlayıb.

O, “Mk.ru”ya verdiyi müsahibədə bildirib ki, pul qabına düzgün əşyalar qoymaq maliyyə vəziyyətini yaxşılaşdıra və pul enerjisini cəlb edə bilər.

Panina deyib: “Sərvət cəlb etmək üçün pul qabınızda qurbağa, siçan, ağac, alma və nar təsvirlərini yerləşdirməlisiniz. Çin simvollarının şəkillərini də əlavə edə bilərsiniz. Məsələn, Çin fənərləri arzuları gerçək edir.”

Bundan əlavə, ekstrasens məhdud sayda buraxılmış əskinasların və yeni, istifadə olunmamış pulların da maliyyə uğurlarını artırdığını qeyd edib.