🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran və Bəhreyn xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan.media xəbər verir ki, İranın Abbas Əraqçi ilə Bəhreynin Abdullətif bin Rəşid əl-Zayani arasında telefon danışığı baş tutub.

İran XİN-in “X” sosial şəbəkə hesabında yayılan açıqlamada Əraqçi Bəhreynli həmkarını İran-ABŞ nüvə danışıqları barədə məlumatlandırıb.

Bəhreynin XİN rəhbəri isə danışıqların yekun nəticə əldə olunana qədər davam edəcəyinə ümid etdiyini bildirib.

Həmçinin, hər iki nazir iki ölkə arasında məsləhətləşmələrin və fikir mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.