🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Masazırda çoxmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi

Azərbaycan.media xəbər verir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən onbirmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik və operativ müdaxiləsi nəticəsində binanın elektrik şaxtasında baş vermiş yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi təmin edilib.

Hadisə nəticəsində şaxta boyu təxminən 30 p.m. elektrik naqili yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində 10-u azyaşlı olmaqla ümumilikdə 25 bina sakini təxliyə olunub. Bir nəfərin tüstüdən zəhərləndiyi bildirilir.

Yanğın zamanı mənzillər və yaşayış binası yanğından mühafizə olunub.