🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tikinti obyektlərində 75 nəfər qeyri-rəsmi işlədilib – materiallar Baş Prokurorluğa göndərildi

Azərbaycan.media xəbər verir ki, 2025-ci ildə əmək münasibətlərinin rəsmiləşdirilməməsi ilə bağlı bir işəgötürən barədə toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
Bu barədə Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ında qeyd olunub.
Məlumata əsasən, hüquq pozuntularının qarşısının alınması məqsədilə 2025-ci ildə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində 39 səyyar yoxlama keçirilib.
Yoxlamalar zamanı ümumilikdə 1.047 işçidən 75 nəfərin əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilmədən işə cəlb edildiyi müəyyən edilib.
Nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Bundan başqa, 18 işəgötürən haqqında ümumilikdə 92 min 200 manat məbləğində inzibati cərimə tətbiq olunub.